XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Trabzonspor” ikinci dövrəyə 3 xalla başladı
İdman 10:28 / 08.01.2022
Futbol üzrə Türkiyə Superliqasında 20-ci turun oyunlarına start verilib. Turun açılış matçında "Trabzonspor” doğma meydanda "Yeni Malatyaspor”la qarşılaşıb. 46 xalla turnir cədvəlinə başçılıq edən "Qara dənizlilər” yeni ilin ilk oyununda meydanı 3 xalla tərk edib. Gərgin mübarizə şəraitində keçən oyunda "Trabzonspor” Andreas Korneliusun vurduğu yeganə qolla qələbəni bayram edib. Beləliklə, qələbə sayəsində aktivindəki xalların sayını 49-a çatdıran "Trabzonspor” klubu liderliyini bir qədər də möhkəmləndirib. Onun ən yaxın izləyicisi olan "Konyaspor”un aktivində 39 xal var. Üçüncü pillədə isə "Başakşəhər” komandası qərarlaşıb.
Qeyd edək ki, 20-ci turun digər oyunları yanvarın 8, 9 və 10-da təşkil olunacaq.


40020 oxunub

InvestAZ