XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ən yaxşı futbolçu adına 3 namizədin adı açıqlandı
İdman 18:56 / 07.01.2022
FİFA 2021-ci ilin ən yaxşı kişi və qadın futbolçuları adına namizədlərin sayını azaldıb. Kişilər arasında bu ada Lionel Messi (Argentina, "Barselona”/PSJ), Robert Levandovski (Polşa, "Bayern”) və Məhəmməd Salah (Misir, "Liverpul”) iddialıdır. İngiltərənin "Mançester Yunayted” komandasının portuqaliyalı hücumçusu Kristianu Ronaldo bu dəfə yekun siyahıda yer almayıb.
Ötən ilin ən yaxşısı olmağa namizəd qadın futbolçular isə Cennifer Ermoso (İspaniya, "Barselona”), Samanta Kerr (Avstraliya, "Çelsi”), Aleksiya Putelyasdır (İspaniya, "Barselona”).
Mükafatlandırma mərasimi yanvarın 17-də təşkil olunacaq.


38169 oxunub

InvestAZ