XƏBƏR LENTİ
26 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025
22 Oktyabr 2025
21 Oktyabr 2025
20 Oktyabr 2025



Qrossmeysterimiz "Chessable Masters" turnirində iştirak edəcək
İdman 14:43 / 29.07.2021
Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsinin bütün iştirakçılarının adına aydınlıq gəlib.
Siyahıya ermənistanlı Levon Aronyan, rusiyalı Vladislav Artemyev və hindistanlı Pentala Harikrişnanın adı da əlavə olunub. Beləliklə, yarış iştirakçılarının sayı 16-ya çatıb.
Qeyd edək ki, "Chessable Masters" adlanan turnirdə iştirakçılar arasında Şəhriyar Məmmədyarovun da adı var.
Qeyd edək ki, iyulun 31-də start götürəcək onlayn turnir avqustun 8-dək davam edəcək. Yarışın mükafat fondu 100 min ABŞ dolları təşkil edir.


29192 oxunub

InvestAZ