XƏBƏR LENTİ
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025



Qitə çempionatında iştirak edəcək sərbəst güləşçilər müəyyənləşdi
İdman 16:12 / 15.05.2021
Mayın 17-dən 23-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilərin Avropa çempionatı keçiriləcək.
Yarışın ilk 3 günündə sərbəst güləşçilər mübarizə aparacaq. Qitə birinciliyində ölkəmizi məşqçilər Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq), Əşrəf Aşırov (74 kq), Orxan Abasov (86 kq), Osman Nurməhəmmədov (92 kq), İslam İlyasov (97 kq) və Vahid Qalayev (130 kq) təmsil edəcəklər. Komandamız bu gün Skopyeyə yollanıb.
Mayın 16-da güləşin bu növü üzrə püşkatma mərasimi keçiriləcək və güləşçilərimizin rəqibləri müəyyənləşəcək. İlk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxacaq. Mayın 18-də isə 61, 74, 86, 92 və 125 kq-da iştirak edən pəhləvanlar mübarizəyə qoşulacaq.
Qeyd edək ki, Avropa çempionatında I kateqoriyalı hakim Elman İsmayılov ədaləti qoruyacaq.

34546 oxunub

InvestAZ