XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



121 günlük estafet
Olimpiya oyunları 16:07 / 26.02.2021
Yaponiyada Olimpiya Oyunlarının məşəl estafeti zamanı koronavirusa qarşı görüləcək tədbirlər açıqlanıb
Tokio Olimpiya Oyunlarının təşkilat komitəsi gələn ay başlaması nəzərdə tutulan milli məşəl estafeti zamanı koronavirusa qarşı həyata keçiriləcək kompleks tədbirləri elan edib.
Təşkilat komitəsi ümumilikdə 121 gün davam etməsi planlaşdırılan estafetlə bağlı tövsiyələrini fevralın 25-də dərc edib. Tövsiyələrdə
yerli əhalidən estafetin onların yaşadığı prefektura ərazisindən keçərkən tədbir iştirakçılarından uzaq durmaları xahiş edilir.
Təşkilat komitəsi bəyan edib ki, estafetin birbaşa televiziya kanalları vasitəsilə nümayiş olunması bu tədbirdə kütləvi toplanmanın qarşısını alacaq. Bu, həmçinin məşəlini daşıyacaq məşhur şəxslərin təhlükəsizliyini təmin etməyə də imkan yaradacaq. Bununla yanaşı, estafet boyu toplaşan tamaşaçılardan tibbi maska taxmaları, əl çalmamaları və qışqırmamaları xahiş olunacaq.
Qeyd edilib ki, estafet marşrutu boyunca həddindən artıq insan toplaşacağı təqdirdə tədbir dayandırılacaq. Estafetin hər gününün sonunda təşkil olunacaq tədbirə qatılmaq istəyənlər əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Məşəli daşıyacaq şəxslərdən isə tədbirlərə iki gün qalmış evdən kənar restoranları ziyarət etməmələri də xahiş olunacaq.
Bununla yanaşı, estafetin fövqəladə vəziyyət rejiminin davam etdiyi prefekturaların ərazisində təşkilinin təxirə salına biləcəyi də qeyd edilir. Bunun əvəzində həmin prefekturalarda yalnız məşəlin yandırılması mərasimləri təşkil edilə bilər.
Təşkilat komitəsinin yeni sədri Seyko Haşimoto bildirib ki, onun rəhbərlik etdiyi qurum infeksiyanın yayılmasının qarşısını almaq və estafet zamanı təhlükəsizliyi təmin etmək üçün lazım olan bütün addımları atacaq.

30316 oxunub

InvestAZ