XƏBƏR LENTİ
09 Fevral 2026
08 Fevral 2026
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026



40 yaşında ardıcıl ikinci dəfə Olimpiya çempionu oldu
İdman 14:28 / 09.02.2026

Avstriyalı snoubordçu Benjamin Karl fərdi qış idman növündə ən yaşlı Olimpiya çempionu adını qazanıb.

O, 40 yaş, 3 ay və 23 günlüyündə paralel nəhəng slalomda bütün rəqiblərindən üstün olub. O, finalda cənubi koreyalı Kim Sang-kyumu 0,19 saniyə ilə qabaqlayıb. Bununla da Karl Pekin-2022-dəki uğurunu təkrarlayıb.
Qeyd edək ki, Benjamin Karla qədər Qış Olimpiya Oyunlarının ən yaşlı çempionu norveçli biatlonçu Ole Einar Björndalen olub. Biatlon əfsanəsi sayılan Björndalen Soçi-2014-də sprint yarışında qalib gələrəkən 40 yaş 12 günlüyündə idi.


214 oxunub

InvestAZ