XƏBƏR LENTİ
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026



Ədalət təmsilçimizə beynəlxalq qurumdan etimad
İdman 11:23 / 14.01.2026

Azərbaycanlı hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb. K.Əsgərova qadın voleybolçuların Çelenc Kubokunun 1/8 final mərhələsində Serbiyanın "Crvena Zvezda Beograd” və Danimarkanın "Holte IF” komandaları arasında keçiriləcək qarşılaşmada ikinci hakim olacaq. Matçın baş hakimi vəzifəsini xorvatiyalı Ana Stipanicev yerinə yetirəcək.

Qeyd edək ki, oyun yanvarın 15-də Serbiyada keçiriləcək.


4459 oxunub

InvestAZ