XƏBƏR LENTİ
10 Fevral 2026
09 Fevral 2026
08 Fevral 2026
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026



AKAF-ın İdarə Heyətinin iclası keçirilib 
İdman 10:48 / 14.01.2026

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) İdarə Heyətinin 2025-ci ilin yekunları üzrə hesabat xarakterli iclası keçirilib.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından Olimpiyadunyasi.com-a verilən məlumata görə,əvvəlcə baş katib Fərhad Əliyev maliyyə hesabatını və ötən il ərzində federasiya tərəfindən həyata keçirilmiş layihələrin, qazanılmış nəticələrin hesabatını təqdim edib. Daha sonra iclasın gündəliyində yer alan digər məsələlər müzakirəyə çıxarılaraq bir sıra qərarlar qəbul olunub. Belə ki, Federasiyanın Hakimlər Kollegiyası yaradılıb, İlqar Tağıyev kollegiyaya sədr seçilib. Aleksandr Jukovskinin kanoe üzrə yığmaya baş məşqçi vəzifəsinə təyin edilməsi təsdiqlənib. Akademik avarçəkmə üzrə komandanın baş məşqçisi Volodimir Morozovun növbəti Olimpiya dövrü üçün fəaliyyətinin davam etdirilməsinə qərar verilib. Həmçinin federasiyaya yeni üzvlər seçilib.


3228 oxunub

InvestAZ