XƏBƏR LENTİ
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026



Stolüstü tennisçilər Birləşmiş Ərəb Əmirliklərinə yollanıblar
İdman 11:40 / 15.12.2025
Stolüstü tennisçilər növbəti təlim-məşq toplanışında iştirak edəcəklər.
Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən Olimpiyadunyasi.com-a verilən məlumata görə, seçmə komandamızın üzvləri - Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova və Nigar Mahmudova bu məqsədlə Birləşmiş Ərəb Əmirliklərinə yollanıblar. İdmançılarımız baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında dekabrın 15-dən etibarən yerli komanda ilə birgə hazırlıq keçəcəklər. BƏƏ Stolüstü Tennis Federasiyasının təşəbbüsü ilə Şarja şəhərində təşkil olunacaq təlim-məşq toplanışına dekabrın 24-də yekun vurulacaq.

5074 oxunub

InvestAZ