XƏBƏR LENTİ
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026



Masallıda boks üzrə rayon turniri keçirilib
İdman 22:31 / 14.12.2025
Masallıda Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım günü münasibətilə yeniyetmələr arasında boks üzrə rayon turniri keçirilib.
Masallı Regional Boks Mərkəzində təşkil olunan turnir Azərbaycanın dövlətçilik fəlsəfəsinin banisi, ölkəmizin inkişafında əvəzsiz xidmətlər göstərən, dahi şəxsiyyət kimi tarixdə iz qoyan, bütün Türk dünyasının böyük oğlu ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun ölkəmizdə idmanın inkişafına verdiyi diqqət və qayğını gənc nəslə çatdırmaq, eyni zamanda yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, istedadlı idmançıları aşkarlayıb üzə çıxartması məqsədini daşıyırdı.
Yarışda 10 çəki dərəcəsi üzrə idmançılar arasında qalibiyyət uğrunda gərgin döyüş getdi. Böyük maraqla qarşılanan turnir yüksək idman ruhunda başa çatdı.
Yeniyetmə boksçuların çıxışlarına hakimlər tərəfindən obyektiv qiymət verildi, rəqibinə qalib gəlib yüksək yerləri tutan idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomlarına layiq görüldülər.

7065 oxunub

InvestAZ