XƏBƏR LENTİ
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026



FİFA Argentina millisini DÇ-2026-dan kənarlaşdıra bilər
İdman 21:45 / 14.12.2025

FİFA Argentina Futbol Assosiasiyası (AFA) daxilindəki korrupsiya qalmaqalı səbəbindən Argentina milli komandasını 2026-cı il Dünya çempionatından kənarlaşdıra bilər.

Olimpiyadunyasi.com La Nacion qəzetinin məlumatına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları AFA binasında və 13 Argentina futbol klubunda axtarışlar aparıblar. Onların çirkli pulların yuyulması da daxil olmaqla qanunsuz əməliyyatlarda iştirak etdikləri müəyyən edilib.

Xüsusilə, AFA prezidenti Klaudio Tapia, onun etibar etdiyi şəxs Pablo Toviginyo və təşkilatın maliyyə direktorunun müavini Luciano Nakis bu hərəkətləri törətməkdə şübhəli bilinirlər.


5124 oxunub

InvestAZ