XƏBƏR LENTİ
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026



Azərbaycan komandası “Böyük Dəbilqə” turnirində 10 cüdoçu ilə təmsil olunacaq
İdman 15:14 / 25.11.2025

Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçiriləcək "Böyük Dəbilqə”də iştirak edəcək Azərbaycan cüdoçuları müəyyənləşib.

Bu barədə Olimpiyadunyasi.com-a Azərbaycan Cüdo Federasiyasından (ACF) m'lumat verilib.Bildirilib ki, ölkəmiz turnirdə 5 çəki dərəcəsində 10 idmançı ilə təmsil olunacaq.

Yığmanın heyətində Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kiloqram), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kiloqram), Rəşid Məmmədəliyev, Hidayət Heydərov (hər ikisi 73 kiloqram), Murad Fətiyev, Aslan Kotsoyev (hər ikisi 90 kiloqram), Camal Qamzatxanov və Uşanqi Kokauri (hər ikisi +100 kiloqram) yer alıblar.

Noyabrın 28-dən 30-dək davam edəcək "Böyük Dəbilqə”də 53 ölkədən 390 idmançı (233 kişi, 157 qadın) çıxış edəcək.

Qeyd edək ki, ACF-nin "A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.


3814 oxunub

InvestAZ