XƏBƏR LENTİ
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026



Çempionlar Liqası: "Qarabağ" bu gün Liqa mərhələsində növbəti oyununa çıxacaq
İdman 13:43 / 25.11.2025

Bu gün futbol üzrəUEFA Çempionlar Liqasında Liqa mərhələsində V turun oyunlarına start veriləcək.

Azərbaycan çempionu "Qarabağ” da bu gün liqa mərhələsində növbəti oyununa çıxacaq.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İtaliyada "Napoli”nin qonağı olacaq. "Dieqo Armando Maradona” stadionunda keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə saat 00:00-da səslənəcək.Oyunun baş hakimi polşalı FIFA referisi Şimon Marçinyak olacaq.

Qeyd edək ki, ilk 4 turdan sonra "Qarabağ” 7 xalla turnir cədvəlinin 15-ci,"Napoli” isə 4 xalla 24-cü pilləsində qərarlaşacaq.


5573 oxunub

InvestAZ