XƏBƏR LENTİ
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026



AFFA nümayəndəsi UEFA-nın iclasında iştirak edib
İdman 13:30 / 25.11.2025

AFFA-nın Hüquq şöbəsinin rəhbəri və UEFA-nın Hüquq Komitəsinin üzvü Günay Zamanlı İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın baş qərargahında keçirilən Hüquq Komitəsinin növbəti iclasında iştirak edib.

İclasda UEFA-nın müvafiq normativ hüquqi sənədlərinə təklif edilən dəyişikliklər nəzərdən keçirilib, Avropa Ədalət Məhkəməsinin son qərarları və davam edən hüquqi proseslərin gedişatı müzakirə edilib. Bununla yanaşı, İdman Arbitraj Məhkəməsinin (CAS) icraatında olan işlər üzrə yeniliklər, Hüquq Komitəsinin əvvəlki iclasından irəli gələn fəaliyyət planının icra vəziyyəti və digər təşkilati məsələlər gündəliyə daxil edilib.

İclas zamanı Avropa futbolunun hüquqi mühitində müşahidə olunan dəyişikliklər, tətbiq perspektivləri və mövcud tendensiyalar üzrə geniş müzakirələr aparılıb.


5322 oxunub

InvestAZ