XƏBƏR LENTİ
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026



Astarada şahmat turniri keçirilib
İdman 17:55 / 24.11.2025

Yeni Azərbaycan PartiyasıAstara rayon təşkilatı və Astara Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara Təhsil Sektoru və Astara Uşaq-Gənclər İdman məktəbinin təşkilatçılığı iləYeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş şahmat turniri keçirilib.

Turnir Azərbaycan Respublikasının Dövlət Himninin oxunmasıvə ulu öndər Heydər Əliyevin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanıb.
YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara Təhsil Sektorunun müdiri Xədicə Əliyeva çıxışlarında Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, ulu öndər Heydər Əliyevin Vətən, xalq qarşısında misilsiz xidmətindən söz açıb, ümummilli liderin layiqli davamçısı, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən ətraflı danışıblar. Həmçinin natiqlərin çıxışlarında belə yarışların təşkilinin əhəmiyyəti dəvurğulanıb.
20 şahmatçının qələbə uğrunda mübarizə apardığı turnirdə I, II və III yerlərin qaliblərinə YAP Astara rayon təşkilatı tərəfindən qiymətli hədiyyələr, diplomlar verilib.
Məlumat üçün onu da deyək ki, Astara Rayon Heydər Əliyev Mərkəzi, Astara Rayon Mərkəzi Xəstəxanası və Astara Pedaqoji Kollecinin iştirak etdiyi tədbirin sonundaxatirə şəkli çəkdirilib.


4253 oxunub

InvestAZ