XƏBƏR LENTİ
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025
03 Dekabr 2025
02 Dekabr 2025



“Bu vaxta qədər yalnız iki idmançınız ombudsmana müraciət ünvanlayıb”
İdman 15:13 / 13.11.2025
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi” adı altında keçirilən beynəlxalq konfransda idmançılar üzrə antidopinq ombudsmanı Anna Torstenson jurnalistlərə müsahibə verib. Beynəlxalq antidopinq rəsmisi AMADA ilə birgə fəaliyyətin təkmilləşməsi barədə fikir mübadiləsi aparıldığını diqqət çatdırıb.
"Antidopinq məsələlərində idmançılara yardım göstərmək və dəstək olmaq üçün buradayam. Yəni dopinqlə bağlı problemi olan idmançılara yardım etməyə çalışan şəxslərdən biri hesab olunuram. Mənə məlumdur ki, bu vaxta qədər yalnız iki idmançınız ombudsmana müraciət ünvanlayıb. Gələcəkdə isə biz AMADA vasitəsilə ombudsmanın rolu barədə məlumatı daha geniş şəkildə paylaşmağı düşünürük. Mən də bu idmançılara yardım göstərməkdən məmnunam”, deyə xanım Anna Torstenson bildirib.

2679 oxunub

InvestAZ