XƏBƏR LENTİ
03 Oktyabr 2025
02 Oktyabr 2025
01 Oktyabr 2025



III MDB Oyunları: Pəhləvanlarımız ilk gündə 7 medal qazandılar
İdman 19:45 / 03.10.2025
Bu gün III MDB Oyunları çərçivəsində Gəncə Olimpiya İdman Kompleksində start götürən sərbəst güləş yarışlarının ilk gününə yekun vurulub. Olimpnews.az xəbər verir ki, Oyunların ilk günündə Azərbaycan komandasının 8 idmançısı mübarizəyə başlayıb ki, onlardan da yeddisi mukafatçılar sırasında yer alıb. 
Təmsilçilərimiz günü 7 (1 qızıl, 2 gümüş, 4 bürünc) medalla başa vurublar. Günün yeganə qızıl medalını ölkəmizə Nihad Abbasov (71 kq) qazandırıb. Gümüş medallara isə Hacıhüseyn Əhmədzadə (51 kq) və Rəşid Nəzərov (60 kq) sahib çıxıb.  Hüseyn Rzazadə (45 kq), Nəzrin Əhmədli (46 kq), Xədicəxanım Talıbova (53 kq) və Amin Nəsibov (92 kq) isə bürünc medalla kifayətləniblər.
Sərbəst güləş yarışlarına oktyabrın 7-də yekun vurulacaq. 

193 oxunub

InvestAZ