Bu gün III MDB Oyunları çərçivəsində keçirilən karate yarışlarına start verilib.
Mingəçevir Kür Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışın ilk günündə Azərbaycan karateçiləri 9 (3 qızıl, 2 gümüş, 4 bürünc) medal qazanıblar.
Təmsilçilərimizdən kumite yarışlarında Mədinə Sadiqova (55 kq), Nuran Rzazadə (67 kq), kata yarışlarında isə Roman Heydərov qızıl medala sahib çıxıb.
Gümüş medalları isə Fərid Savadov (60 kq) və Nəzrin Piriyeva (55 kq) komandamızın aktivinə yazdırıb. İnci Əzizova (50 kq), Aslan Dostuyev (67 kq) kumite, Ramilə Heydərova və Rövşən Əliyev isə kata yarışlarında bürünc medala sahib çıxıb.
Qeyd edək ki, karate yarışlarına sabah yekun vurulacaq.
215 oxunub