İtaliyalı mütəxəssis Fabio Kannavaro futbol üzrə Özbəkistan milli komandasının baş məşqçisi vəzifəsinə keçməyə razılıq verib.
Olimpiyadunyasi.com xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano öz "Facebook" səhifəsində məlumat verib. Mənbənin sözlərinə görə, Kannavaronun təyinatı oktyabrın 6-da açıqlanacaq.
Qeyd edək ki, Özbəkistan millisi tarixində ilk dəfə 2026-cı ildə dünya çempionatında çıxış edəcək.
199 oxunub