XƏBƏR LENTİ
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026



Batut gimnastlarımız MDB Oyunlarını 6 medalla tamamladılar
İdman 16:48 / 03.10.2025
Şəki Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində keçirilən  batut gimnastikası üzrə yarışlara yekun vurulub.
Azərbaycan komandası son olaraq qarışıq sinxron proqramda mübarizə aparıb. Maqsud Mahsudov və Selcan Mahsudovadan ibarət komandamız qarışıq sinxron proqramında gümüş medala layiq görülüb. 
Bununla da Azərbaycan komandası batut gimnastikası üzrə yarışları 6 (1 qızıl, 2 gümüş və 3 bürünc) medalla başa vurublar.

9545 oxunub

InvestAZ