Bu gün III MDB Ogunlari çərçivəsində keçirilən karate yarışlarına start verilib.
Mingəçevir Kür Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışlarda kata üzrə 4 (2 kişi, 2 qadın), kumite üzrə isə ümumilikdə 8 (4 kişi, 4 qadın) idmançı mübarizəyə başlayıb.
Təmsilçilərimizdən kumite yarışlarında İnci Əzizova (50 kq), Fərid Savadov (60 kq), Nəzrin Priyeva, Mədinə Sadiqova (hər ikisi 55 kq), Aslan Dostuyev, Nuran Rzazadə (hər ikisi 67 kq) adını yarımfinala yazdırıb. Katada isə Ramilə Heydərova, Rövşən Əliyev və Roman Heydərov yarımfinala yüksəlib.
386 oxunub