Bu gün Azərbaycanda ilkə dəfə təşkil olunan III MDB Oyunlarının 8-ci yarış gününə start veriləcək.
Yarış iştirakçıları bu gün 9 idman növünds mübarizə aparacaqlar.
Gəncə İdman Sarayında qılıncoynatma yarışları davam edəcək.
Bu arenada həmçinin, qadın voleybolçulardan ibarət komandamız B qrupunda növbəti oyununa çıxacaq. keçiriləcək. Millimizin rəqibi Özbəkistan yığması olacaq.
Gəncə Olimpiya İdman Kompleksindən isə sərbəst guləşçilərin yarışına start veriləcək.
Pəhləvanların ilk yarış günündə çəkisi 40 kq, 45 kq, 46 kq, 51 kq, 53 kq, 60 kq, 61 kq, 71 kq, 92 kq olan güləşçilər xalça üzərinə çıxacaqlar.
Bu gün həmçinin Qəbələ şəhər stadionunda ilk mükafatçılar müəyyənləşəcək. Belə ki, futbol üzrə 3-cü və 5-ci yerlər uğrunda oyunlarda Belarus və Tacikistan milliləri üz-üzə gələcək. Bürünc medal uğrunda digər oyunda isə Özbəkistan və Qırğızıstan komandaları qarşılaşacaq.
Qəbələdə həmçinin qız və oğlan badmintonçuların fərdi, qoşa və qarışıq qoşa yarışları keçiriləcək.
Şəki Olimpiya İdman Kompleksində isə qız və oğlan gimnastlar fərdi, həmçinin, sinxron proqramda mükafatlar uğrunda yarışacaqlar.
Xankəndi stadionunda isə kamandan oxatma yarışlarında növbəti mərhələnin oyunları keçiriləcək.
Bu gün Yevlax Olimpiya İdman Kompleksində keçirilən boks yarışlarında da növbəti finalçıların adlarına aydınlıq gələcək. Həlledici mərhələyə vəsiqə uğrunda yarışlarda 46 kq, 48 kq, 50 kq, 52 kq, 54 kq, 57 kq, 60 kq, 63 kq, 66 kq, 70 kq, 75 kq, 80 kq və +80 kq çəki dərəcəsində kişi boksçuların yarımfinal görüşü üçün rinqə çıxacaq.
Bu gün həmçinin III MDB Oyunlarının karate yarışlarında da start veriləcək.
Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışlarda 50 kq, 55 kq, 60 kq, 67 kq çəki dərəcəsində qız və oğlan karateçilər qüvvələrini sınayacaqlar.
135 oxunub