Gələn il "Audi" brendi ilə debüt etməyə hazırlaşan "Kick-Sauber"in komanda direktoru Conatan Uitli ilk mövsümə öz mühərriklərində başlamağın planlarından danışıb. "Biz əsas diqqətimizi növbəti mövsümə yönəltmişik. İndiyə qədər də yoldayıq. Mühərrikimiz artıq bir müddətdir ki, "dyno" testindən keçir. Dekabrda biz ilk dəfə şassi və mühərriki birləşdirəcəyik. Bu isə "Audi" layihəsi üçün həqiqətən vacib bir hadisə olacaq. Nəticələr haqqında danışmaq hələ tezdir. Biz Melburnda vəsiqə qazanana qədər gözləməliyik”, - deyə "Autoracer" portalı Uitlidən sitat gətirib.