Amerikalı aktyor və restinqçi Dueyn "Qaya” Conson "Qarşılıqlı maşın” filminin çəkilişlərində tərfə müqabili olan ağır çəkidə boks üzrə ukraynalı mütləq dünya çempionu Aleksandr Usik haqqında fikirlərini bölüşüb.
"İcazə verin, sizə gözəl ürəyi olan heyrətamiz bir oğlan - Usik haqqında danışım. Onunla üz-üzə gəlmək çox xoşdur. İlk dəfə rinqə çıxanda sərt bir insan təsiri bağışlayırdı. Sonradan hiss etdim ki, o gözəl bir insandır. O, çox sürətlidir və aydın idi ki, onun yumruqlarından biri mən xəstəxanaya yollaya bilər”, - deyə "talkSPORT" Consonun sözlərindən sitat gətirib.