XƏBƏR LENTİ
03 Oktyabr 2025
02 Oktyabr 2025
01 Oktyabr 2025
30 Sentyabr 2025



Xankəndidə MDB Oyunlarının kamandan oxatma yarışlarına start verildi
İdman 21:40 / 02.10.2025

Bu gün III MDB Oyunları çərçivəsində keçirilən kamandan oxatma yarışlarına da start verilib.

Xankəndi stadionunda keçirilən yarışın ilk günündə qadınlar və kişilər arasında fərdi yarışlarda 1/8 finala vəsiqə qazanan idmançıların adlarınaaydınlıq gəlib. Azərbaycan komandasının 5 üzvü uğurla çıxış edərək adını 1/8 finala yazdırıb. Komandamızın heyətində Nurlan Rəhimli və Fatimə Hüseynli birbaşa 1/8 final mərhələsinə yüksəliblər. Bununla yanaşı, Sümeyyə Bədəlli, Nilufər Ağaməmmədli və Sərdar Vəliyev şəxsi qarşılaşmalarda qalib gələrək 1/8 finalda mübarizə aparmaq hüququ əldə ediblər.Digər iştirakçımız Zahid Kazımzadə isə fərdi yarışlarda 1/16 final mərhələsində mübarizəni dayandırıb.



193 oxunub

InvestAZ