XƏBƏR LENTİ
03 Oktyabr 2025
02 Oktyabr 2025
01 Oktyabr 2025
30 Sentyabr 2025



III MDB Oyunları: 6 boksçumuz qızıl medalın bir addımlığında 
İdman 21:16 / 02.10.2025
III MDB Oyunları çərçivəsində Yevlax Olimpiya İdman Kompleksində boks yarışları davam edir.
Olimpnews.az xəbər verir ki, Azərbaycanın 6 boksçusu turnirin final mərələsinə vəsiqə qazanıb. .
Təmsilçilərimizdən Aysel Fərəcova (46 kq) özbəkistanlı Ruxşonabonu Əhədovaya qalib gələrək finala çıxıb.
50 kq çəki dərəcəsində yarımfinalda mübarizə aparan Əminə Tağı belaruslu Arina Kmitadan üstün olub – 4:1.
Cəmilə Muradlı (54 kq) qazaxıstanlı Adelaida Sadvakassovaya qalib gələrək (5:0) finala vəsiqəni təmin edib.
60 kq çəki dərəcəsində Aynur İsmayılova tacikistanlı Furuğ Sarhaszodaya qalib gəlib. Gülər Hüseynova (48 kq) Tacikistanın digər təmsilçisi Kumriniso İmomaliyevadan üstün olub.
Fidan Bakarova (63 kq) isə yarımfinalda rusiyalı Zlata Konovalovanı məğlub edib.
Beləliklə, Azərbaycanın 6 boksçusu finala vəsiqə qazanıb.
Qeyd edək ki, qadın boksçular arasında final qarşılaşmaları oktyabrın 4-də keçiriləcək.

263 oxunub

InvestAZ