"Yarışın startını səbrsizliklə gözləyirəm"
İdman 23:39 / 18.09.2025
"Rasinq Bulls" komandasının digər pilotu
Liam Lauson həftəsonu keçiriləcək Azərbaycan Qran-prisi barədə fikirlərini bildirib.
"Bakı kifayət qədər 90 dərəcə dönmələrə malik unikal trekdir. Burada demək olar ki, bütün dövrə boyu maneələrlə əhatə olunmusan. Bu mənim Formula 1-də ilk sınağım olacaq. Formula 2-də çıxış etdiyim vaxt bu şəhərdən çox həzz almışam. Yarışın startını səbrsizliklə gözləyirəm", - deyə yeni zelandiyalı pilot qeyd edib.
176 oxunub