"Mən burada diqqətli yarışmağa üstünlük verəcəyəm"
İdman 17:38 / 18.09.2025
"Red Bull Rasinq" komandasının yaponiyalı pilotu Yuki Tsunoda klubun mətbuat xidmətinə verdiyi müsahibədə Monza Qran-Prisindəki uğursuzluğu Bakıda sığortalamağa çalışacağını vurğulayıb. "İtaliyadakı yarışda məyus oldum. Amma mən həmişə müsbət cəhətləri axtarıram. Orada sıralamada əla mövqedə yer almışdım. Avtomobilim zədələnənə qədər yarış istəyim hədsiz idi. Maksın uğuru bizim köməyimizə çatdı. Bakı əyləncəli və çətin olsa da çoxlu sürprizlər yarada bilən trekə malikdir. Burada yüksək diqqət tələb olunur. Mən burada diqqətli yarışmağa üstünlük verəcəyəm. İnanıram ki, Monzanı növbəti yarışa qədər unuda biləcəyəm”.
Qeyd edək ki, Yuki Tsunoda İtaliya Qra-prisini 13-cü pillədə başa vurub.
183 oxunub