"Red Bull Rasinq" komandasının niderlandlı pilotu Maks Verstappen ötən həftə Montsa Qran-prisindən sonra Bakı mübarizəsinə hazır olduğunu qeyd edib: "Bir həftə əvvəl Monzadakı yarış inanılmaz idi. Komandamız irəliyə doğru bir addım atdı. İtaliyada qazanılan qələbə hamı üçün böyük bir təkan oldu. İndi növbə Bakınındır. Səfər seriyamıza "Qədim Bakı"dan başlayırıq. Küçə dövrələrində yarışmaq həmişə daha çətin olur. Ümid edirəm ki, bu həftə təşəbbüsü əldən verməyəcəyik. Həm yarışda təsnifat mərhələsində güclü çıxışla yadda qalmaq istəyirik”.
Məlumat üçün bildirək ki, İtaliya Qran-prisində Maks Vertappen 25 xalla birinci yerə layiq görülmüşdü. O, ən yaxın izləyicisi, britaniyalı Lando Norrisi 7 xal qabaqlamışdı.
203 oxunub