XƏBƏR LENTİ
18 Sentyabr 2025
17 Sentyabr 2025
16 Sentyabr 2025
15 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025



Şahmatçılarımız Qazaxıstanda dünya çempionatında iştirak edəcəklər
İdman 15:40 / 18.09.2025
Azərbaycan şahmatçıları Qazaxıstanda dünya çempionatında iştirak edəcəklər.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bu gün Almatı şəhərində mundialın açılış mərasimi keçiriləcək. Mötəbər yarışda 83 ölkədən 785 şahmatçı mübarizə aparacaq. Çempionat 8, 10 və 12 yaş kateqoriyasında oğlan və qızları arasında təşkil olunacaq.

Dünya çempionatında Azərbaycanı Fatimə Mirzəliyeva, Nurlan Əzizli, Mehriban Əhmədli, Mələk Əsədli, Atilla Orman, Kənan Babasoy və Əsnad Baxşızadə təmsil edəcəklər.

11 turdan ibarət dünya çempionatına sentyabrın 30-da yekun vurulacaq.

174 oxunub

InvestAZ