Futbol üzrə İspaniya La Liqasında IV turun oyunlarına start verilib.
Turun açılış oyunu "Sevilya" və "Elçe" komandaları arasında təşkil olunub. Roman Sançes Pisxuan stadionunda keçirilən qarşılaşmada qalib müəyyənləşməyib -2:2. Oyunda hesabı 28-ci dəqiqədə İsak Romero açıb. Lakin "Elçe" klubu ikinci hissədə vəziyyəti dəyişməyi bacarıb. Əvvəlcə 54-cü dəqiqədə Andre Silva hesabı bərabərləşdirib. 70-ci dəqiqədə isə Rafa Mİr qonaqları hesabda önə keçirib. Lakin 85-ci dəqiqədə "Əndəlüslər" hesabı bərabərləşdiriblər. Cerar Pike dəqiq zərbə ilə matçda yekun hesbaı müəyyənləşdirib. Tərəflər meydanı hərəyə bir xalla tərk ediblər. "Elçe" klubu 6 xalla 6-cı, "Sevilya" isə 4 xalla 11-cidir.
182 oxunub