XƏBƏR LENTİ
13 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025
10 Sentyabr 2025
09 Sentyabr 2025



Milli Paralimpiya Komitəsində yeni təyinat olub
İdman 11:48 / 12.09.2025
Şahin Kazımzadə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidentinin müşaviri təyin edilib.
Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, 1978-ci ildə Bakıda idmançı ailəsində anadan olan Ş.Kazımzadə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb. O, 1998-ci ildən əmək fəaliyyətinə başlayıb. Daha əvvəl idman sahəsində Azərbaycan Gimnastika Federasiyası və Bakı Gimnastika Məktəbində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Eləcə də, Azərbaycan Televiziyası (AZTV) və Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) daxil olmaqla, media sahəsində də fəaliyyət göstərib.

438 oxunub

InvestAZ