XƏBƏR LENTİ
07 Sentyabr 2025
05 Sentyabr 2025
04 Sentyabr 2025
03 Sentyabr 2025
02 Sentyabr 2025



Atletlər Komissiyasının tərkibində dəyişiklik olub
İdman 16:02 / 05.09.2025
Sentyabrın 5-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında MOK-un Atletlər Komissiyasının iclası keçirilib.
Olimpiyadunyasi.com xəbər verir ki, iclası giriş sözü ilə açan MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev Atletlər Komissiyasının həyata keçirdiyi layihələr barədə məlumat verib.
İclasda komissiyanın yeni tərkibi müəyyənləşib. Atletlər Komissiyanın sədri olan Rüstəm Orucovun (cüdo) yerinə Fəridə Əzizova (taekvondo) sədr seçilib.
Taekvondoçumuz indiyə qədər Atletlər Komissiyasının sədr müavini kimi fəaliyyət göstərib.
Qeyd edək ki, 2025-2028-ci illər dövrü üçün Fəridə Əzizova (taekvondo) komissiyanın sədri, Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Rafiq Hüseynov (güləş), Fatimə Alkərəmova (üzgüçülük), Rəsul Çunayev (güləş) komissiyanın üzvüləri kimi fəaliyyət göstərəcəklər.
Səsvermədən sonra Atletlər Komissiyasının gələcək fəaliyyəti barədə müzakirələr aparılıb.

1688 oxunub

InvestAZ