Gələn il ABŞ, Kanada və Meksikadakeçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsində çıxış edəcək daha üç komandanın adı müəyyənləşib.
Ötən gecə keçirilən oyunların nəticəsinə əsasən, Kolumbiya, Paraqvay və Ekvador milliləri dünya çempionatında iştirak etmək hüququqazanıb. Kolumbiya doğma meydanda Boliviyaya 3:0 hesabı ilə qalib gəlib. Paraqvay və Ekvador komandalarının oyununda isə qalib müəyyənləşməyib -0:0. Bununla da mundiala vəsiqə qazanacaq 48 komandadan 16-nın adına aydınlıq gəlib. Bundan əvvəl çempionatın ev sahibləri olan ABŞ, Kanada və Meksika ilə yanaşı,Avstraliya, İran, Yaponiya, İordaniya, Cənubi Koreya, Özbəkistan, Argentina, Braziliya, Uruqvay, Yeni Zelandiya seçmələri final mərhələsində iştirak etmək hüququ əldə etmişdilər.