"Lənkəran" klubu heyətini yeni basketbolçu ilə gücləndirib.
Olimiyadunyasi.com klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 19 yaşlı Aydın İbrahimovlamövsümün sonuna kimi müqavilə imzalanıb.
1.95 sm boya malik hücumçudaha əvvəl "Sərhədçi", "Sumqayıt" və "Sabah" klublarının heyətində forma geyinib.
Qeyd edək ki, U-18 millisində də oynayan Aydın İbrahimov hazırda Azərbaycanın U-20 komandasının üzvüdür.