XƏBƏR LENTİ
07 Sentyabr 2025
05 Sentyabr 2025
04 Sentyabr 2025
03 Sentyabr 2025
02 Sentyabr 2025



DÇ-2026: Bu gün Avropa zonası üzrə seçmə mərhələdə daha 10 oyun keçiriləcək 
İdman 11:23 / 05.09.2025
Bu gün futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək.
B, C, D, I, L qruplarında ümumilikdə 10 qarşılaşma təşkil olunacaq.
Oyunlar Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. D qrupunda yer alan Azərbaycan millisi Reykyavikdə İslandiyanın qonağı olacaq. Bu qrupun digər oyununda isə Ukrayna millisi Fransa ilə qarşılaşacaq. B qrupunda İsveçrə millisi Kosovonu, Sloveniya yığması isə İsveçi qonaq edəcək. C qrupunun iştirakçılarından olan Yunanıstan doğma meydanda Belarusu sınağa çəkəcək. Qrupun digər oyunu isə Danimarka və Şotlandiya yığmaları arasında olacaq. I qrupunda Moldova İsraillə, İtaliya seçməsi isə Estoniya ilə qarşılaşacaq. Günün digər iki matçı isə L qrupunun komandaları arasında oynanılacaq. Monteneqro Çexiyanı, Farer adaları seçməsi isə Xorvatiyanı qəbul edəcək.

1738 oxunub

InvestAZ