XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Gimnastlarımız Dünya Oyunlarında gümüş medal qazanıblar
İdman 16:27 / 15.08.2025

Azərbaycanın aerobika gimnastikası üzrə millisi Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında mükafatçılar sırasına düşüb. 

Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb. Vladimir Dolmatov və Mədinə Mustafayevadan ibarət qarışıq cüt 19.750 xalla gümüş medal əldə edib. Onlar final mərhələsində yalnız yaponiyalı cütlük Mizuki Saito və Riri Kitazumedən geri qalıblar.


12066 oxunub

InvestAZ