XƏBƏR LENTİ
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026



Yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçirilib
İdman 15:05 / 15.08.2025

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə Balakən Olimpiya İdman Kompleksində yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçirilib.

Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, 11 turdan ibarət turnirin A və B qruplarında Azərbaycanın 26 şəhər və rayonundan 250 şahmatçı mübarizə aparıb.

Müxtəlif kateqoriyalarda Daniel Konovalov, Mələk Əsədli (8 yaşlılar), Fərid Sadıqzadə, Mədinə Eyvazova (10 yaşlılar), Yusif Musasoy, Məryəm Məmmədova (12 yaşlılar), Hüseyn Qurbanov, Dinara Hüseynova (14 yaşlılar), Məhəmməd Bağırov və Sara Kərimzadə (16 yaşlılar) birinci yeri tutub.

3 və 4 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin komandası A və B qruplarında qalib adını qazanıb. Gəncə və Ucar Uşaq-Gənclər Şahmat Məktəbinin komandası ikinci, Beyləqanla Şəki Uşaq-Gənclər Şahmat Məktəbinin kollektivi isə üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, reqlamentə əsasən A qrupunda oğlanlar və qızlar arasında 1-ci yer tutan Məhəmməd Bağırovla Dinara Hüseynova noyabrda Monteneqroda keçiriləcək yeniyetmələrin Avropa çempionatına ezam olunacaqlar.


12457 oxunub

InvestAZ