XƏBƏR LENTİ
09 Dekabr 2025
08 Dekabr 2025
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025



Bu gün Avropanın aparıcı ölkə çempionatlarına start verilir
İdman 13:00 / 15.08.2025

Bu gün İspaniya, İngiltərə və Fransada futbol üzrə ölkə çempionatlarına start veriləcək.

İspaniya La Liqasının ilk turu iki oyunla başlayacaq. Turun açılış oyunu "Jirona" və "Rayo Valyekano" komandaları arasında olacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Günün digər oyunu isə"Vilyareal" və La Liqanın debutantı olan"Ovyedo" komandaları arasında olacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:30-da səslənəcək.

İngiltərə Premyer Liqası isə"Liverpul" - "Bornmut" oyunu ilə start götürəcək. Bu qarşılaşma Bakı baxtı ilə saat 23:00-da başlayacaq.

Fransa Liqa 1-in açılış oyunu isə"Renn” - "Marsel” oyunu ilə başlayacaq. Oyun saat 22:45-də start götürəcək.



8006 oxunub

InvestAZ