XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



"Sabah" avrokuboklarda mübarizəni dayandırdı
İdman 22:06 / 14.08.2025
Azərbaycan təmsilçisi "Sabah" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb. 
Paytaxt təmsilçisi doğma meydanda Bolqarıstanın "Levski" klubu ilə bacarmayıb. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 
Qarşılaşmada hesab 40-cı dəqiqədə açılıb. Radoslav Krilov "Levski"bu hesabda önə çıxarıb. Oyunun 87-ci dəqiqəsində isə Mazire Soula yekun hesabı müəyyənləşdirib -0:2.
Bu komandalar arasında Sofiyada keçirilən ilk oyun "Levski"nin minimal hesablı qələbəsi (1:0) ilə yekunlaşmışdı. Beləliklə, Bolqarıstan təmsilçisi iki oyunun nəticəsinə görə, 3:0 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib. "Sabah" üçün isə avrokuboklar macərası başa çatıb. 

13597 oxunub

InvestAZ