XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Cüdoçumuz Olimpiya festivalına qələbə ilə başladı
İdman 14:57 / 22.07.2025

Azərbaycan cüdoçusu Rza Xəlilli Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalına qələbə ilə başlayıb.
-50 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda Şimali Makedoniya təmsilçisi Angel Radevskiyə qalib gəlib.

Cüdoçumuzun 1/4 final mərhələsindəki rəqibi macarıstanlı Milan Szabo olacaq.

Qeyd edək ki, Yan Sandanski İdman Mərkəzində keçirilən yarışda bu gün daha iki cüdoçumuz - son Avropa çempionumuz Rəsul Əlizadə (-55 kq) və Avropa çempionatının bürünc medalçısı Gülşən Hüseynova (-44 kq) da tatami üzərinə çıxacaq.


12278 oxunub

InvestAZ