XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Skopye-2025: Badmintonçumuz növbəti görüşünü keçirib
İdman 12:27 / 22.07.2025
Skopye-2025 Avropa Gənclər Yay Olimpiya Festivalında keçirilən badminton yarışları davam edir.
Fərdi yarışların ikinci günündə komandamızın üzvü Əli Gözəlov növbəti oyununu keçirib.
G qrupunda yer alan idmançımız üçüncü oyununda italiyalı Alessio Katalfamo ilə qarşılaşıb. Gərgin keçən görüş rəqib idmançının 2:0 (21:19, 21:17) hesablı qələbəsi ilə yekunlaşıb.
İdmançımız bu gün Bakı vaxtı ilə 16:30-da dördüncü görüşünü keçirəcək. Rəqib kiprli Pantelis Vasiliou olacaq.
Qeyd edək ki, badminton yarışları Nevana Georgieva - Dunya adına ibtidai məktəbdə keçirilir.


13850 oxunub

InvestAZ