XƏBƏR LENTİ
19 İyul 2025
18 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025



Azərbaycan komandası Skopye-2025 Avropa Gənclər Yay Olimpiya Festivalına yola düşüb
İdman 11:22 / 18.07.2025

Skopye-2025 XVIII Avropa Gənclər Yay Olimpiya Festivalinda iştirak edəcək idmançılarımız və Azərbaycan nümayəndə heyəti Şimali Makedoniya yola düşüb.
İyulun 20-dən 26-dək keçiriləcək yarış ilk dəfə olaraq eyni zamanda iki ölkədə - Şimali Makedoniya +Skopye, Kumanovo) və Xorvatiyada (Osiek) təşkil ediləcək.
Azərbaycan idmançıları bu il də EYOF-da uğur qazanmağa çalışacaqlar.
Ölkəmiz builki festivalda 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunacaq.
Ötən festivallarda qazanılmış zəngin təcrübə, artan peşəkarlıq və yenilənən komanda ruhu qarşıdakı yarışlara olan inamı daha da artırır. İdmançılarımıza bu çətin və şərəfli yolda uğurlar arzulayırıq. İnanırıq ki, komandamız digər festivallarda olduğu kimi, bu dəfə də Vətənə medallarla qayıdacaqlar.

Qeyd edək ki, festivalın açılış mərasimi iyulun 20-də Yan Sandanski İdman Mərkəzində keçiriləcək.


255 oxunub

InvestAZ