XƏBƏR LENTİ
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Nuranə Hacızadə: "Çalışacağam ki, bu dəfə Skoyeyə səfərimi medalla tamamlayım"
İdman 17:28 / 08.07.2025
Şimali Makedoniya və Xorvatiyada keçiriləcək XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycan cüdoçuları da mübarizə aparacaqlar. İyulun 22-dən 26-dək davam edəcək cüdo yarışları Şimali Makedoniyanın Skopye şəhərində yerləşən Yan Sandanski İdman Mərkəzinin qapalı zalında təşkil olunacaq. Yarışlarda Azərbaycanı 12 cüdoçu (6 oğlan və 6 qız) təmsil edəcək. Komandamızın heyətində Nuranə Hacızadə də yer alıb. Gənc idmançımız yarışda -48 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.
Qeyd edək ki, Nuranə Hacızadə son bir ay ərzində ardıcıl ikinci dəfə məhz bu şəhərdə yarışda iştirak edəcək. O, bu dəfəki çıxışının daha uğurlu alınacağına inandığını bildirib və EYOF-da medal uğrunda mübarizə aparmağa hazır olduğunu vurğulayıb. "Bu il üç beynəlxalq yarışda iştirak etmişəm. Festivala qədər Qubada keçirilən Avropa Kubokunda qızıl medal qazanmışam. Berlindəki yarışda isə beşinci yerlə kifayətləndim. İki həftə əvvəl Şimali Makedoniyanın Skopye şəhərində cüdo üzrə Avropa çempionatında iştirak etdim. Təəssüf ki, həmin yarışda mükafat qazana bilmədim. Lakin çalışacağam ki, bu dəfə Skoyeyə səfərimi medalla tamamlayım. Bunun üçün bütün bacarığımı tam nümayiş etdirəcəyəm”, - deyə Nuranə Hacızadə bildirib.


298 oxunub

InvestAZ