XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



U20 Avropa çempionatı üçün heyət müəyyənləşib
İdman 18:30 / 25.06.2025

İyunun 30-dan iyulun 6-dək İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, qitə birinciliyinin açılışını yunan-Roma güləşçiləri edəcək. Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında Turan Daşdəmirov (55 kq), Ayxan Cavadov (60 kq), Tural Əhmədov (63 kq), Fəraim Mustafayev (67 kq), Seymur Qasımov (72 kq), Davud Məmmədov (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), İsmayıl Rzayev (97 kq) və Məzaim Mərdanov (130 kq) xalçaya çıxacaq.

Daha sonra estafet qadın güləşçilərə keçəcək. Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında Elvina Kərimzadə (50 kq), Gülər Həbibova (57 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) mübarizə aparacaq.

Yarışın son günlərində sərbəst güləşçilər məharətlərini göstərəcəklər. Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq), Bəşir Verdiyev (61 kq), Hacı Kərimov (65 kq), İsmayıl Rəhimli (70 kq), Omar Gülməmmədov (74 kq), Muradxan Omarov (79 kq), Məhəmməd Abbaszadə (86 kq), Anar Cəfərli (92 kq), Rəvan Musayev (97 kq) və Yusif Dursunov (125 kq) uğur qazanmağa çalışacaq.

Görüşlər hər gün Bakı vaxtı ilə 12:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 20:00-da start götürəcək.

Avropa çempionatında I dərəcəli beynəlxalq hakim Tural Əliyev ədaləti qoruyacaq.


15611 oxunub

InvestAZ