XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Klublararası dünya çempionatı: D qrupunda mübarizə yekunlaşdı
İdman 09:55 / 25.06.2025
ABŞ-da keçirilən futbol üzrə Klublarası dünya çempionatında D qrupuna yekun vurulub.
Qrupun favoriti olan Braziliyanın "Flamenqo” klubu ABŞ-ın Los-Anceles komandası ilə qarşılaşıb. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. Hər iki qol ikinci hissənin sonlarında vurulub. Əvvəlcə ABŞ təmsilçisi 84-cü dəqiqədə Denis Baunqanın qolu ilə hesabda önə keçib. Lakin iki dəqiqə sonra "sambaçılar” Vallase Yanın qolu ilə məğlubiyyətdən xilas olublar.
Bu nəticə ilə "Flamenqo” klubu 7 xalla birinci, "Çelsi” isə 6 xalla ikinci yeri tutub. Hər iki klub adını 1/8 finala yazdırıb.
Tunisin "Esperans" klubu 3 xalla üçüncü, Los-Anceles isə 1 xalla sonuncu yeri tutaraq turnirdə mübarizəni dayandırıb.


15201 oxunub

InvestAZ