XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Azərbaycanlı taekvondo hakimi beynəlxalq turnirə Təşkilat Komitəsinin rəhbəri qismində dəvət alıb
İdman 11:58 / 25.06.2025
Taekvondo Federasiyasının nümayəndəsi, beynəlxalq dərəcəli hakim Coşqun Nadirov Gürcüstanda keçiriləcək "IMERETI OPEN 2025” beynəlxalq taekvondo turnirinə Təşkilat Komitəsinin rəhbəri qismində dəvət alıb.

Bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

26–29 iyunda baş tutacaq yarışın təşkili və idarə olunmasında azərbaycanlı mütəxəssisə üstünlük verilməsi ölkəmizin taekvondo sahəsindəki yüksək nüfuzunun göstəricisidir.

Qeyd edək ki, Coşqun Nadirov bir sıra beynəlxalq yarışlarda hakim kimi uğurla çıxış edib, peşəkarlığı ilə tanınan təcrübəli mütəxəssisdir.

15932 oxunub

InvestAZ