XƏBƏR LENTİ
08 Dekabr 2025
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025
03 Dekabr 2025



"Benfika" və "Bayern Münhen" 1/8 finalda
İdman 02:23 / 25.06.2025
Portuqaliyanın "Benfika” və Almaniyanın "Bayern Münhen” klubları ABŞ-da keçirilən Klublararası dünya çempionatının 1/8 final mərhələsinə vəsiqə qazanıblar.
Eyni qrupda qərarlaşan komandaların üçüncü turdakı mübarizəsi Portuqaliya təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:0. Oyunda vurulan yeganə qolun müəllifi 13-cü dəqiqədə fərqlənən Anderas Şyelderup olub. Beləliklə, bu nəticələrdən sonra 7 xal toplayan "Benfika” birinci, "Bayern Münhen” isə 6 xalla ikinci yeri tutaraq 1/8 finala yüksəlib.

10165 oxunub

InvestAZ