XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



"Boka Xuniors" və "Oklend Siti" Klublararası dünya çempionatı ilə vidalaşdı
İdman 03:00 / 25.06.2025
ABŞ-da keçirilən futbol üzrə Klublarası dünya çempionatında C qrupunun oyunları keçirilib.
Argentinanın "Boka Xuniors" komandası qrupun son oyununda Yeni Zelandiyanın "Oklend Siti” komandası ilə qarşılaşıb. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.
Qarşılaşmada hesab 26-cı dəqiqədə "Oklend Siti" klubunun futbolçusu Natan Qarrovun avtaqolu sayəsində açılıb. Lakin 52-ci dəqiqədə matçda hesab bərabərləşib. Kristian Qrey yeni zelandiyalılara bərabərlik gətirən qolu vurub.
Beləliklə bu nəticədən sonra aktivində iki xalı olan "Boka Xuniors" üçüncü, bir xala malik "Oklend Siti" isə dördüncü yeri tutaraq turnirlə vidalaşdı. Bu qrupda növbəti mərhələyə "Benfika" və "Bayern Münhen" komandaları vəsiqə qazanıb.


14649 oxunub

InvestAZ