XƏBƏR LENTİ
08 Dekabr 2025
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025
03 Dekabr 2025



Klublararası dünya çempionatı: "Atletiko" mübarizəni dayandırdı
İdman 10:03 / 24.06.2025
İspaniyanın "Atletiko” klubu ABŞ-da keçirilən Klublararası dünya çempionatında mübarizəni dayandırıb.
Madrid təmsilçisi B qrupunun sonuncu oyununda Braziliyanın "Botofoqo" klubuna minimal hesabla (1:0) qalib gəlsə də bu mərhələ adlamaq üçün yetərli olmayıb. Madridlilərin heyətində yeganə qolun müəllifi 87-ci dəqiqədə fərqlənən Antuan Qrizman olub. Beləliklə, bu nəticələrdən sonra "Botafoqo” və "Atletiko” komandaları hərəyə 6 xal toplasalar da, top fərqinə görə braziliyalılar ikinci yerin sahibi kimi pley-offa adlayıb. Üçüncü olan Madrid təmsilçisi isə çempionatda mübarizəni dayandırıb. Bu qrupun digər iştirakçısı PSJ (Fransa) isə 6 xalla çempion kimi növbəti mərhələyə yüksəlib.


12259 oxunub

InvestAZ